Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyi Könüllü Qayıdışa Yardım və Reinteqrasiya layihələri çərçivəsində fəaliyyətini davam etdirir.
QHT.az xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında bu layihələr çərçivəsində 11 ölkədən ümumilikdə 1367 Azərbaycan vətəndaşı könüllü olaraq ölkəyə qayıdıb. 128 nəfərlə hərtərəfli fərdi məsləhətləşmələr aparılıb, 293 nəfər benefisiardan 54 nəfər geri qayıdan şəxsə nağd pul yardımı göstərib. Həmçinin 239 nəfərə isə qeyri-nağd şəklində yardım edilərək müvəqqəti mənzil təminatı, kiçik sahibkarlıq dəstəyi, məişət və mebel əşyalarının alınması, tibbi ehtiyacların ödənilməsi üçün dəstək göstərilib.
Pərvanə Fərhadqızı












