“Avropa parlamentə Avropa birliyi ölkələrin Azərbaycana qarşı sanksiya sayaqlamalarına çağırışı ciddi qəbul edilmir”.

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova bildirib. QHT sədri qeyd edib ki, ümumiyyətlə bəşər tarixində yəhudilərə qarşı soyqırım edən, müstəmləkə siyasəti yürüdüb yüz minlərlə insanı sərvət üçün öldürən, Avropanın göbəyində müsəlmanlara qarşı soyqırıma göz yuman və s. ölkələrə necə ciddi yanaşaq? “Azərbaycan əleyhinə çıxış edənlərin əksəriyyətinin biosu qaranlıq keçmişə dayanır”, - deyə Günel Səfərova bildirib.

Qeyd edək ki, Britaniya mətbuatı erməni terrorçularını zərərləşdirərək 200-dək şəhid verən Azərbaycana qarşı qərəzli material dərc edib. İddia olunur ki, guya “Qarabağda minlərlə erməninin evlərini tərk edərək məcburi köçkünə çevrilməsinin "dramatik görüntüləri üzə çıxdıqdan" sonra Qərbdə bəziləri Azərbaycanla münasibətlərini yenidən düşünməyə başlayıb.

 

 

Pərvanə Fərhadqızı