BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə Komitəsinin 74-cü sessiyası çərçivəsində Ermənistanın 4- cü dövr hesatının müzakirəsi başlayıb.
QHT.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, gözlənildiyi kimi nümayəndə heyətinin rəhbəri, Xİ nazirinin müavini 10 dəqiqəlik çıxışını öz ölkəsində Paktın icrasına həsr etmək əvəzinə Azərbaycanın “təcavüzündən”, dinc əhalini məhv etmək məqsədi ilə bütün silahlarda isifadə etməsindən, 100 000 çox əhlinin zorakı yolla deportasiya olunmasından, erməni xalqına məxsus və yaşı min illər olan abidələrin məhvindən və s. danışıb: “Danışdı da demək olmur. Buna ağ yalan da demək olmur. Nəsə daha başqa bir ifadə tapmaq lazımdır bunların yalanının dərəcəsini göstərməyə. Sonda 2-3 dəqiqə də Ermənistan “demokratiyasına” həsr etdi”.
Pərvanə Fərhadqızı












