Hindistanda sel fəlakəti nəticəsində 23 əsgərin həlak olduğu, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
QHT.az xəbər verir ki, Hindistanın şimalındakı radələrində ani buludla başlayan şiddətli yağış və Teesta çayında suyun səviyyəsinin qalxması daşqınlara səbəb olub. Vilayətin Bərdənq rayonunda park edilmiş hərbi maşınların su altında qalması nəticəsində 23 əsgər itkin düşüb. Əsgərlərin tapılması üçün xilasetmə əməliyyatı aparılıb. Sel səbəbiylə bəzi körpülər zərər görüb. Teesta çayı ətrafında yaşayan insanlara da təhlükəsiz yerlərə köçmək tövsiyə olunub.
Pərvanə Fərhadqızı












