Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps deyib ki, gələn yay Ukrayna ordusu üçün çətin keçəcək, lakin o, sağ qala biləcək.
QHT.az xəbər verir ki, o,rus qoşunlarının Xarkov yaxınlığındakı yeni hücumunu şərh edib. “Yayın çətin keçəcəyinə şübhəm yoxdur, lakin Ukraynanın bundan sağ çıxacağına şübhəm yoxdur”, - deyə Şapps bildirib.
O əlavə edib ki, Ukrayna “həmişə dünyanın gözləntilərini üstələyib” və 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalı başlayandan bəri ölkə üçün vəziyyət çətin olaraq qalır. Şappsdan Amerika Konqresi Ukraynaya yeni hərbi yardımın ayrılması ilə bağlı qanunu təxminən altı ay ərzində qəbul edə bilmədiyi üçün Xarkov vilayətində vəziyyətin gərginləşməsinə görə ABŞ-ın günahının bir hissəsinin olub-olmaması ilə bağlı sual verilib.
Böyük Britaniyanın müdafiə naziri cavab verib ki, o, narahatlığın səbəblərini Ukraynada baş verənlərə diqqətin azalmasında görür. Şappsın sözlərinə görə, ABŞ-da daxili siyasi problemlərin bəzi problemlərə səbəb olduğu hamıya məlumdur, lakin indi diqqəti gələcəyə yönəltmək lazımdır, çünki siz artıq baş verənləri dəyişdirə bilməzsiniz.
Pərvanə Fərhadqızı












