Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə Birləşmiş Millətlər Təşkilatının Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansının (GANHRI) illik iclasında iştirak edib.
QHT.az xəbər verir ki, tədbirə qatılan beynəlxalq təşkilatların və müxtəlif ölkələrin insan hüquqları təsisatlarının rəhbərləri insan hüquqları sahəsində öz təcrübələrini bölüşərək, ən yeni çağırışlar səsləndiriblər. M.Quluzadə BMT-nin məsul şəxsləri və bir sıra ölkələrin ombudsmanları ilə görüşüb və İnstitutun fəaliyyəti haqqında məlumat verib.
Qeyd edək ki, bu tədbirdə ən aktual məsələlər müzakirə edilib, ölkənin insan hüquqları sahəsindəki inkişafları və məsuliyyəti qlobal miqyasda vurğulanıb və dünya icraçıları ilə təcrübə mübadiləsi aparılıb. Bu görüşlər zamanı, Azərbaycanın insan hüquqları sahəsində göstərdiyi nailiyyətlər, qarşısında durduğu problemlər və həll yolları haqqında fikirləri paylaşılıb.












