Britaniyada 32 yaşlı Entoni Uilyamsa qarşı qatarda bıçaqlı hücumla bağlı yeni ittihamlar irəli sürülüb.
QHT.az xəbər verir ki, o, əvvəlcə 11 nəfəri öldürməyə cəhd və bir neçə silah saxlama ittihamı ilə saxlanılmışdı. Sonradan Peterboroughda daha yeddi epizod üzrə — o cümlədən 14 yaşlı oğlanı və iki gənci öldürməyə cəhd, ağır xəsarət yetirmə, bıçaq saxlama və oğurluq — əlavə ittihamlar elan olunub. Polis cinayətkarın vaxtında saxlanılmamasına görə işi Müstəqil Polis İdarəsinə göndərib. 14 dəqiqəlik hücumda 11 nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
R.İmanov












