Ukraynanın Aİ ilə bütün sərhəd-keçid məntəqələri tezliklə yeni sərhəd keçid sisteminə qoşulacaq.

QHT.az xəbər verir ki, Polşa və Macarıstanla bütün sərhəd-keçid məntəqələri artıq Aİ-nin yeni biometrik sərhəd sisteminə qoşulub, Slovakiya və Rumıniyada isə proses hələ tamamlanmayıb. Dövlət Sərhəd Xidmətinin sözlərinə görə, sistem sərnişin axınına ciddi təsir göstərmir və gözlənilən böyük növbələr də yaranmayıb. Yalnız Yaqodin-Doroqusk keçidində ilk günlərdə qısa sıxlıq müşahidə olunub. Aİ oktyabrın 12-dən üçüncü ölkə vətəndaşları üçün yeni qaydaları tətbiq etməyə başlayıb, lakin Ukrayna vətəndaşlarının səfərdən əvvəl əlavə sənədlərə ehtiyacı olmayacaq.

 

R.İmanov