“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə Ermənistan-Azərbaycan münasibətləri və sülh sazişi ilə bağlı mövqeyini açıqlayıb.
QHT sədri bildirib ki, Azərbaycan üçün əsas məsələ Ermənistanın sülh sazişi üzrə öhdəliklərini tam və şərtsiz şəkildə yerinə yetirməsidir. Onun sözlərinə görə, Ermənistan sərhədlərin tanınması, delimitasiya və təhlükəsizlik məsələlərində aydın və qeydsiz-şərtsiz mövqe ortaya qoymalıdır:
“Tramp marşrutu”nun həyata keçirilməsinə də bu prizmadan yanaşılır. Azərbaycan hesab edir ki, regionda genişmiqyaslı iqtisadi layihələrin davamlılığı yalnız sülhün hüquqi əsaslarda təmin olunması ilə mümkündür. Bakı paraflanmış sənədi mühüm diplomatik addım kimi qiymətləndirsə də, yekun imzanı və sənədin icrasını həlledici mərhələ hesab edir”.












