İyulun 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa Birliyi (AB) Şurasının rəhbəri Şarl Mişel arasında görüş keçiriləcək.

 

QHT.az  Axar.az-a istinadən  xəbər verir ki, bu barədə AB Şurasının Mətbuat xidməti məlumat yayıb.

 

Ş.Mişelin İ.Əliyev və N.Paşinyanla görüşü yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 15:00-da) planlaşdırılır.

 

Görüş zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dair məsələlər müzakirə olunacaq.