Çindən olan hakerlər dövlət qurumları da daxil olmaqla 25-ə yaxın təşkilatın e-poçt hesablarına gizli şəkildə daxil olublar.

QHT.az xəbər verir ki, hücum ilk növbədə Qərbi Avropadakı təşkilatlara qarşı yönəlib. Şirkətin Storm-0558 adlandırdığı haker qrupu, özəl Outlook xidmətində işləyən veb poçt hesablarına daxil olmaq üçün rəqəmsal autentifikasiya nişanlarını saxtalaşdırıb. 

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan ABC telekanalına müsahibəsində federal hökumət hesablarının sındırılması barədə məlumat vermişdi. ABŞ "kifayət qədər tez" tapdı və gələcək problemlərin qarşısını ala bildi, dedi.

ABŞ Rusiya və Çini kiberməkanda təhlükə yaradan əsas ölkələr hesab edir. ABŞ rəsmilərinin fikrincə, çinli hakerlər böyük ehtimalla Amerikanın elektrik şəbəkəsinə, nəqliyyat şəbəkəsinə və telekommunikasiya sistemlərinə çaxnaşma salmaq və ABŞ-ın Tayvana yardımını zəiflətmək üçün hücum edəcəklər.  

 

Pərvanə Fərhadqızı