Yaponiya Rusiyanın hərbi təcavüzü ilə mübarizəyə yardım çərçivəsində Ukraynaya pilotsuz uçuş aparatlarının aşkarlanması sistemi verəcək.
QHT.az xəbər verir ki, Yaponiyanın baş naziri Fumio Kişida bildirib ki, Avropanın təhlükəsizliyi və Hind-Sakit okeanın təhlükəsizliyi ayrılmazdır. O, NATO ilə Asiya-Sakit Okean regionundakı dörd tərəfdaşı - Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya arasında əlaqələri gücləndirmək üçün çalışmaq əzmində olduğunu bildirib.
Pərvanə Fərhadqızı












