“Best of the World” mükafat proqramında “Avropanın ilk 15 şəhəri” siyahısında İstanbul birinci yeri tutub.
QHT.az xəbər verir ki, Nyu-Yorkda yerləşən Travel + Leisure jurnalının oxucuları "Dünyanın ən yaxşıları" proqramı üzrə builki mükafatlara səs veriblər. Proqram çərçivəsində ən populyar hava yolları, hava limanları, otellər, turoperatorlar və şəhərlər səsə qoyulub.
Şəhər mükafatları üçün oxucular "turistik yerlər, görməli yerlər, mədəniyyət, yemək, mehribanlıq, alış-veriş və dəyər" kateqoriyaları üzrə səs veriblər. İstanbul bu siyahıda orta hesabla “90,23” ilə “Avropanın ən yaxşı 15 şəhəri” siyahısında birinci seçilib. Siyahıda İstanbuldan sonra müvafiq olaraq Florensiya, Roma, Lissabon, Porto, Sevilya, Livan, San Sebastian, Praqa, Barselona, Salzburq, Edinburq, Madrid, Bordo, Vyana şəhərləri yer alıb.
Pərvanə Fərhadqızı












