Rusiya prezidenti Vladimir Putin ölkə iqtisadiyyatının yeni idarəetmə modelinə keçirilməsinin zəruriliyini açıqlayıb.
QHT.az xəbər verri ki, "Bizim əsas vəzifəmiz bütün iqtisadiyyatı, sosial sahəni, dövlət orqanlarının işini keyfiyyətcə yeni iş prinsiplərinə keçirmək, böyük verilənlərə əsaslanan idarəetməni tətbiq etməkdir", - Putin bildirib.
Prezidentin sözlərinə görə, belə bir keçidin effekti mürəkkəb və multiplikativ olacaq. Bu, idarəetmə keyfiyyətinin və əmək məhsuldarlığının dəfələrlə artmasına, qabaqcıl səriştələrə və yüksək əmək haqqına malik iş yerlərinin təşkilinə, xidmətlərin mövcudluğunu, habelə ruslar üçün əsaslı şəkildə fərqli imkanların təmin edilməsinə səbəb olacaqdır.
Pərvanə Fərhadqızı












