UNEC-in Bloomberg Maliyyə Laboratoriyası 2024-cü il üçün inflyasiya ilə bağlı proqnozu açıqlayb.
QHT.az xəbər verir ki, UNEC-in proqnozuna görə, ərzaq və enerji qiymətləri ilə bağlı geniş miqyaslı şoklar baş verməsə, dünyada əsas inflyasiya göstəricilərinin yaxşılaşacağı gözlənilir. İnflyasiyanın 2024-cü ildə 4.3%, 2025-ci ilin sonuna doğru isə 3,6 %-ə qədər enəcəyi təxmin edilir.
Qeyd edək ki, illik inflyasiyanın dinamikası həm xarici amillərdən, həm də ölkədə həyata keçirilən antiinflyasiya tədbirlərindən təsirlənib. Ticarət tərəfdaşı olan ölkələr üzrə orta çəkili inflyasiyada enişin davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Bu, əsasən dünya əmtəə qiymətlərinin azalması, qlobal iqtisadi aktivliyin zəifləməsi və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti ilə izah edilir. Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını artırıb ki, bu da enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiyanı gücləndirə bilər.
Pərvanə Fərhadqızı












