44 günlük Vətən savaşında, son antiterror əməliyyatında əldə olunan qələbəmizdə ordu quruculuğu və Qəhrəman əsgər və zabitlərimizin ruh yüksəklyi və döyüş qabiliyyəti müstəsna əhəmiyyətə malikdir.
Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli QHT.az –a bildirib ki, son illər həyata keçirilən düzgün xarici siyasi kursda xüsusi rola malikdir: “Prezident Ilham Əliyev tərəfindən ölkənin xarici siyasətinə rəhbərlik edəcək kadrların milliləşdməsi nəhayət uğurlu nəticələrə imkan yaradır. Həm qanunverici, həm də icraedici hakimiyyətdə bu sahədə çox ciddi boşluqlar hələ də qalmaqda davam edir. Hesab edirəm ki, indiki halda həm Xarici Siyasət Idarəsinin rəhbəri Ceyhun Bayramov, həm də Prezidentin xarici siyasət ofisinə rəhbərlik edən Hikmət Hacıyev bu dönəmdə öz vəzifələrini kifayət qədər uğurla icra edə bildilər”.
QHT sədri həmçinin qeyd edib ki, Azərbaycanın bundan sonra da eyni kursla daxili kadr siyasətində, demokratik islahatların aparılmasında aparacağı reinteqrasiya və rekonstruksiya siyasətində edəcəyi islahatlar, ölkəmizin daha da güclənməsinə geniş imkanlar yarada bilər: “Bu faktor həm böyük qələbəmizin davamlı təminatında ciddi əsas yaradacaq, həm də Azərbaycanı Cənubi Qafqazın gerçək söz sahibinə çevirə biləcək”.
Pərvanə Fərhadqızı












