BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı vətəndaş cəmiyyəti nümayəndələri və hüquqşünaslar üçün təlimlərə start verib.

QHT.az xəbər verir ki, 54 iştirakçının qatıldığı təlimlərdə insan hüquqlarının müdafiəsi və təşviqində BMT-nin insan hüquqları mexanizmlərinin istifadəsi, hesabatların hazırlanma qaydaları və tövsiyələrin izlənilməsindən danışılıb. Təlimlər Avropa İttifaqının maliyyə dəstəyilə BMT İHAK-nın həyata keçirdiyi layihə çərçivəsində təşkil edilir.

Qeyd edək ki, iştirak üçün müraciət etmiş, lakin dəvət almamış şəxslərə növbəti təlimlərdə iştirak üçün dəvət göndəriləcək.

 

Pərvanə Fərhadqızı