Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə Neftçala rayon, Xıllı qəsəbə R. Gözəlov adına 1 saylı tam orta məktəbinin müəllimi Günay Nağıyeva tərəfindən təqdim edilmiş “Bullinqə birlikdə “Son” deyək!” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi olub.

QHT.az xəbər verir ki, oktyabrın 11-də layihənin açılış tədbiri keçirilib. Tədbirdə Azərbaycan Uşaqlar Birliyi, Uşaq sığınacağı-Reinteqrasiya Mərkəzinin direktoru Kəmalə Ağazadə, Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə, R.Gözəlov adına Xıllı qəsəbə 1 saylı tam orta məktəbinin direktoru Günay Quliyeva, F.Quliyev adına Xıllı qəsəbə 2 saylı tam orta məktəbinin direktoru Rəhim İmanov, Neftçala rayonu A. Cəfərov adına Astanlı kənd tam orta məktəbinin direktoru Mübariz Tağıyev, Neftçala Rayonu YAP-ın nümayəndəsi Aytac İsgəndərli, GİKM-nin sədri Əfsanə Abdullayeva, Xıllı qəsəbə Bələdiyyəsinin sədri Muxtar Rəsulov, Xıllı qəsəbə İcra Nümayəndəlinin sədr müavini Elçin Əliyev, psixoloq Təranə Mehtiyeva iştirak edib. Açılış tədbirində layihənin məqsəd və vəzifələri barədə ətraflı məlumat verilib, gözlənilən nəticələr diqqətə çatdırılıb.

 

Pərvanə Fərhadqızı