Kaspi Liseyində "Qarabağın gerçək kimliyi: Alban abidələri" layihəsi çərçivəsində şagirdlərlə görüş keçirilib.

QHT.az xəbər verir ki, Tarix sahəsində Maarifləndirməyə Dəstək İctimai Birliyi tərəfindən icra edilən "Qarabağın gerçək kimliyi: Alban abidələri" layihəsi çərçivəsində növbəti seminar baş tutub. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Kaspi Liseyində baş tutan görüş zamanı layihə rəhbəri Kənan Məmmədovun mühazirəsi şagirdlər tərəfindən diqqətlə dinlənilib. Şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 

Pərvanə Fərhadqızı