Bu gün Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi tərəfindən Azərbaycanda Yuvenal Ədliyyə sistemi ilə bağlı İllik Hesabat layihəsi çərçivəsində "Yetkinlik yaşına çatmayanlarla bağlı ədalət mühakiməsinin həyata keçilməsi. Beynəlxalq standartlar" mövzusunda təlim keçirilib.

QHT.az xəbər verir ki, Bakıda keçirilən tədbirdə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil Iskəndərli açılış nitqi ilə "Yuvenal ədliyyənin tarixi va beynəlxalq standartlar" mövzusunda çıxış edib. Daha sonra "Yuvenal ədliyyədə hüquqi va sosial aspektlar”, BMT Tövsiyələrinin Azərbaycanda icrası perspektivləri mövzusunda çıxışlar edilib, açıq müzakirələr aparılıb.

Sonda tədbir sual-cavab sessiyası və müzakirələrlə davam etdirilib.

 

Pərvanə Fərhadqızı