Qızılağac Milli Parkının yaradılmasının 5 illiyi münasibətilə

 

Noyabrın 21-də Qızılağac Milli Parkında “Flaminqo Festivalı” keçiriləcək.
Milli Parkın yara¬dılmasının 5 illiyi münasibətilə keçirilən tədbirin Flaminqo quşunun adı ilə bağ¬lanması təsadüfi deyil. Flaminqo nadir quşların məskəni olan Qızılağac Milli Parkının daimi sakinidir.
Dövlət rəsmiləri¬nin, qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin və digər aidiyyatı qurumların iştirak edəcəyi festivalın təşkilində məqsəd bu nadir parkın fəaliyyətini, həmçinin digər milli parkların təbliği is¬tiqamətində görülən işləri, təbiətimizin rəngarəngliyini, biomüxtəlifliyini nümayiş etdirməkdir. 
Festivalın gündəliyinə respublikadakı Milli Parkların stendlərilə tanışlıq, balıqartırma zavodu tərəfindən quraşdırılan böyük akvariumda balıqların nümayişi, III nəşr “Qırmızı Kitab”ın təqdimatı, viktorinaların, digər aksiyaların və yarışların, yarmarkaların keçirilməsi, əl işləri, sənətkarlıq və folklor musiqi nümunələri ilə tanışlıq, Milli Park ərazisində faytonla gəzinti, körfəzdə gəmi gəzintisi, flaminqo və digər su quşlarının nümayişi və s. daxildir.

 

Akif AĞAYEV