Fukusima-nın operatoru TEPCO zavoddan gələn çirkab suları Sakit Okeana atmağa başlayıb.
QHT.az xəbər verir ki, Cənubi Koreyanın Okeanlar üzrə vitse- naziri Park Sunq- hun brifinqdə bildirib ki, Seul Yaponiyanın Fukusima atom elektrik stansiyasından davam edən su buraxılması ilə bağlı daxili gərginliyi azaltmaq üçün əkinçilikdə hazırlanmış dəniz məhsulları üzərində radiasiya sınaqlarını sərtləşdirəcək: "Radiasiya yoxlamaları 2011- ci ildən aparılırdı, lakin indi hökumət ərzaq təhlükəsizliyini təmin etmək üçün gələn həftə onların miqyasını artıracaq. Keçən ay Seul özəl firmalardan istifadə edərək əkinçilikdə hazırlanmış dəniz məhsullarını sınaqdan keçirməyə başlayıb və artıq toplanmış 143 nümunədə radiasiya aşkar edilməyib".
Pərvanə Fərhadqızı












