OpenAI və baş direktoru Sam Altman Elon Muskın Neuralink layihəsinin potensial rəqibi olan Merge Labs startapını dəstəkləyəcək. Merge Labs hələ ideya mərhələsindədir, lakin neyron implantlar vasitəsilə beynin kompüterə birbaşa qoşulmasını hədəfləyir.
QHT.az xəbər verir ki, startap 850 milyon dollar dəyərində 250 milyon dollar investisiya cəlb etməyi planlaşdırır və böyük hissəsi OpenAI-dan gələcək. Layihədə Altmanın Tools for Humanity şirkətinin rəhbəri Alex Blania da iştirak edir; o, raunddan sonra Merge Labs-ın həmtəsisçisi olacaq, lakin işə qarışmayacaq.
Gələcək şirkətin əsas rəqibi Neuralink-dir. 2016-cı ildən fəaliyyət göstərən Neuralink 2024-cü ilin yanvarında insana neyroçip yerləşdirmiş və xəstə kursoru düşüncə gücü ilə idarə etmişdir.
R.İmanov












