Fransanın Bordo yaxınlığında, Cestas bölgəsində A63 şossesində İspaniyadan gələn yük maşınında 1,345 ton kokain ələ keçirilib.

QHT.az xəbər verir ki, narkotiklər taxta qutularda, on torbaya bölünmüş halda tapılıb. İyulun əvvəlində əldə edilən məxfi məlumat əsasında aparılan istintaq, İspaniya–Şimali Avropa marşrutunu izləyərək yükü müəyyənləşdirib. Mütəxəssislərə görə, kokainin bazar dəyəri 30–40 milyon avrodur. Sürücü – Fransa hakimiyyətinə məlum olmayan 36 yaşlı ispandır və o, mütəşəkkil dəstə ilə narkotik qaçaqmalçılığında ittiham olunur. Ona 10 il həbs cəzası verilə bilər. İstintaq şəriklərin müəyyən edilməsi ilə davam edir.

 

R.İmanov