Çin Ermənistan Respublikasının suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bu barədə iyulun 21-də Pekində Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın, Çinin xarici işlər nazirinin müavini Ma Çjaoxunun başçılıq etdiyi nümayəndə heyəti ilə müntəzəm siyasi məsləhətləşmələr zamanı bildirib.
QHT.az xəbər verir ki, Çin rəsmisi vurğulayıb ki, regionda sülh və təhlükəsizliyin qorunmasının açarı münaqişələrin sülh danışıqları yolu ilə həllidir. Məsləhətləşmələr zamanı tərəflər ikitərəfli məsələləri, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Ermənistan tərəfi “Vahid Çin” prinsipini dəstəklədiyini bir daha təsdiqləyib. Tərəflər ticarət-iqtisadi, mədəniyyət və təhsil sahələrində ikitərəfli əməkdaşlığın tempindən məmnunluq ifadə ediblər. Beynəlxalq və regional siyasət məsələləri müzakirə edilib.
Pərvanə Fərhadqızı












