Çinin şərqindəki Tszyansu əyalətinin Vusi şəhərinə güclü yağışlar yağıb. Dünəndən başlayan güclü yağış səbəbindən şəhərin bir çox yerlərində küçə və prospektləri su basıb. 

QHT.az xəbər verir ki, gündəlik həyatı dayandıran güclü yağış nəticəsində Vuxi Şərq Dəmiryol Vağzalını da su basıb. Sosial mediada paylaşılan görüntülərdə güclü yağışın “şəlalələrin” əmələ gəlməsinə səbəb olduğu şərh edilib.

Məlumat verilib ki, sualtı qatar stansiyasının fəaliyyəti adi rejimdə davam edir. Digər tərəfdən, şəhərdəki bəzi metro xətləri və giriş qapıları ehtiyat tədbiri olaraq bağlanıb.

 

Pərvanə Fərhadqızı