Yaponiya dünyada tütün isitmə sistemlərinin xalq sağlamlığı üçün faydalarını nümayiş etdirən ilk ölkələrdən biridir. Bu ölkənin əhalisi arasında siqaretin zərərinin geniş miqyasda azaldığını və siqaret satışının kəskin azaldığını göstərən məlumatları dərc edib.
QHT.az xəbər verir ki, yaponlar dünyada ən yüksək ömür uzunluğuna malikdirlər. 20.000-dən çox yapon 100 ildən çox yaşayır. Alternativ nikotin ötürmə sistemləri tütün yandırmadan kifayət qədər nikotinin çatdırılmasını təmin edir. Tüstünün olmaması və zərərli kimyəvi maddələrin və karbonmonoksitin daha aşağı səviyyədə olması tütün isitmə sistemlərinin adi siqaretlə müqayisədə əsas üstünlüyüdür. Yeni texnologiyalar siqaretə daha təhlükəsiz alternativ ola bilər və siqaretdən əbədi olaraq imtina etməyə kömək edə bilər.
Tütünün qızdırılması üçün ilk sistemlər 2014-cü ildə Yaponiyada peyda olub. Daha sonra tədqiqatçılar bazarı təhlil etməyə başlayıblar və müəyyən ediblər ki, onlar 2014-2016-cı illərdə bazara daxil olduqdan sonra siqaret satışı kəskin şəkildə aşağı düşməyə başlayıb. 2015-ci ildən 2018-ci ilə qədər üç il ərzində onların satışları hər il demək olar ki, 10% azalıb.
Məlumdur ki, çox siqaret çəkənlər ən çox xroniki obstruktiv ağciyər xəstəliyindən və ürəyin işemik xəstəliyindən əziyyət çəkirlər. Yaponiyada tütün isitmə sistemlərinin populyarlaşmasında tüstünün, yanğının və qoxunun olmaması da mühüm rol oynamışdır. Məişətdə yanğın riski azalır və qoxuların və tüstünün olmaması başqalarını daha az narahat edir.
Pərvanə Fərhadqızı












