Turistlər arasında məşhur olan, kurortlarla dolu Yunanıstanın Rodos adasında irimiqyaslı meşə yanğınları altıncı gündür ki artıq davam edir. 

QHT.az xəbər verir ki, Yunanıstan hakimiyyəti kütləvi evakuasiya elan edib. Yanğın səbəbindən təxliyə edilənlərin ümumi sayı 19 min nəfərə çatıb. Bu, Yunanıstan tarixində ən böyük təxliyədir.

Təxliyə zamanı yerli sakinlər və turistlər mehmanxanalarda, konqres mərkəzlərində, məktəblərdə və digər ictimai yerlərdə yerləşdirilərək qida və su ilə təmin edilib.

Qeyd edək ki, bu gün Rodos hava limanında qaynar nöqtə yaradılacaq ki, evakuasiya zamanı səyahət sənədlərini itirən qonaqlar evlərinə qayıda bilsinlər.

 

Pərvanə Fərhadqızı