Çin hakimiyyəti Amerika tərəfini Rusiyaya öldürücü silah tədarük etmədikləri və tədarük etmək niyyətində olmadığına inandırıblar. Lakin Vaşinqton hələ də fərdi Çin şirkətlərinin bunu edə biləcəyindən narahatdır. 

QHT.az xəbər verir ki, Pekində səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken daim Çin firmalarından - Rusiyanın Ukraynadakı təcavüzünü inkişaf etdirmək üçün istifadə edə biləcəyi texnologiyanı təmin edə biləcək şirkətlərdən narahat olduqlarını deyib: “Biz Çin hökumətindən bu məsələdə çox diqqətli olmağı xahiş etdik”.

 

Pərvanə Fərhadqızı