Filippində səyahət zamanı gecə saatlarında 120 sərnişinin olduğu bərədə yanğın baş verib. Sərnişinlər və ekipaj üzvləri təxliyə edilib, yanğının qarşısı alınıb.

QHT.az verir ki, Filippinin Siquijor adasından Bohol əyalətindəki Taglibaran limanına üzən MV Esperanza Star sərnişin bərəsində yanğının baş verdiyi bildirilib.

Yanğının söndürülməsi üçün iki gəminin göndərildiyi xilasetmə əməliyyatı 5 saatdan çox davam edib və 65 sərnişin və 55 ekipaj üzvü xilas edilib.

 

Pərvanə Fərhadqızı