Moskvada 2025-ci ilə qədər "Çerkizovskaya" metrostansiyasının yaxınlığında "Vostochnıy" dəmir yolu vağzalı tikilməsi planlaşdırılır.

QHT.az xəbər verir ki, yeni terminal sərnişinlərin rahatlığını yaxşılaşdırmağa kömək edəcək, həmçinin dəmir yolundan metroya keçidi asanlaşdıracaq. Layihə çərçivəsində “Çerkizovskaya” stansiyasına tranzit keçid tikiləcək.

Bu, sərnişinlərə stansiyanın ərazisindən və yeraltı hissədən yan keçərək birbaşa metro stansiyasına çatmağa imkan verəcək. Həmçinin yaxın gələcəkdə stansiyanın yaxınlığındakı ərazini inkişaf etdirməyi planlaşdırırlar, çünki sərnişin axını artacaq. Bu, Boqorodskoye və Qolyanovo rayonlarının əlaqəsini yaxşılaşdıracaq.

 

Pərvanə Fərhadqızı