Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov Avropa Hemofiliya Konsorsiumunun keçirəcəyi Beynəlxalq Liderlər Konfransında iştirak edəcək.
QHT.az xəbər verir ki, Belçikanın Brüssel şəhərində keçirilən konfransda qanın laxtalanma pozğunluğu ilə olan xəstəliklərin müalicəsində elmin son nailiyyətləri haqqında dünya alimləri tərəfindən bəhs ediləcək.
Məlumat üçün bildirək ki, Avropanın 44 ölkəsində fəaliyyət göstərən milli təşkilatları özündə birləşdirən bu qurumun məqsədi hemofiliyalı və digər qanın irsi laxtalanma pozuntuları olan insanlarda xəstəliyin yüngülləşdirilməsi və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Pərvanə Fərhadqızı












