Oktyabrın 7-də Naxçıvan şəhər Gənclik Mərkəzində İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin həyata keçirdiyi "Danış, səni tanısınlar!" Gənclərin özünü ifadə imkanlarının genişləndirilməsi təlimləri adlı layihə çərçivəsində gənclər və tələbələrlə görüş keçirilib.
Birlikdən QHT.az –a verilən məlumata görə, layihə Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşib. Layihənin əsas məqsədi, tələbə və gənclərə karyera planlaşdırılmasında "Yumuşaq bacarıqların" təsirləri haqqında məlumat verilməsi, onlarda çevik bacarıqları inkişaf etdirməsinə yardım etməkdir. Tədbiri layihə rəhbəri Eyyub Kərimli açaraq, layihənin məqsədi və vəzifələri, təsirləri və əhəmiyyəti haqqında geniş məlumat verib. Sonra layihə çərçivəsində hazırlanmış "Danış, səni tanısınlar!" filmi nümayiş etdirilib. Film çoxsaylı auditoriyanın marağına səbəb olub. Sonra, layihənin təlimçisi, tanınmış səlist nitq mütəxəssisi, Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu çıxış etdi. Səlist danışığın insanların həyatına təsirləri haqqında, səlist nitqin və özünüifadənin karyeranın formalaşmasına təsirləri barəsində geniş məlumat verib. Layihənin əsas əhəmiyyəti, regionda yaşayan gənclərə, yeni biliklərə, muasir trendlərə çıxışın təmin edilməsi, əmək bazarında muasir tələblər haqqında məlumatların çatdırılmasıdır. Layihənin icrası gənclərin gələcək karyera planlaşdırılmasın əhəmiyyətli təsirləri olacaqdır.
Qeyd edək ki, layihə 5 region universitetlərini əhatə edəcək və layihənin icrasından ümumilikdə 1000-ə yaxın gənc bəhrələnəcəkdir. Görüşdə Naxçıvan Dövlət Universitetinin prorektoru Arzu Abdullayev, müəllimər və 400 yaxın tələbə və gənclər iştirak edib.
Pərvanə Fərhadqızı












