Bu gün “Gəncliyin Təşəbbüsü” maarifləndirmə İctimai Birliyi “Vətən ücün hazır ol” adlı layihəsinin icrası çərçivəsində Qazax Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arası mini futbol üzrə açıq Qazax rayon turnirinə start verilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə tədbirin açılışında ilk olaraq Azərbaycan Respublikasının suverenliyi uğrunda şəhid olmuş bütün Qəhramanların xatirəsi bir dəqiyqalıq sükütla yad edilib. "Gəncliyin Təşəbbüsü" Maarifləndirmə İctimai Birliyinin sədri, layihənin rəhbəri, Azər Əliyev turnir iştirakcılarına turnir haqda ətraflı məlumat verərək donor haqda danışıb.

Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin rəis müavini Elçin Cəfərov turnir iştirakçılarına uğurlar arzulayıb və bədən tərbiyyəsi və idmanla məşğul olmağa çağırıb. Turnirin final mərhələsində 9 komanda iştirak edir:

1.Şəhər №1

2. Şəhər №2

3.Aşağı Salahlı

4.Qazaxbəyli

5. Orta Salahlı

6. I Şıxlı

7. Məktəb-licey

8. Kosalar.

9. Daş Salahlı.

Turnirin ilk günündə 1 mərhələdə 4 komanda güclərini sınayıb. Gərgin idman mübarizəsi şəklində keçən görüşlərin nəticəsi aşağıdakı kimi olub.

1) Qazaxbəyli – Məktəb-licey  3-6

2) Orta Salahlı – Daş Salahlı 5-3

Məktəb-licey və Orta Salahlı komandaları qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Oktyabr 10-da 2 mərhələ oyunları keçiriləcək.

 

Pərvanə Fərhadqızı