Azərbaycan Dövlət İqtisad Universiteti Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində texniki və texnoloji ixtisaslar üzrə təhsil alan I kurs magistrantlarla tanışlıq görüşü keçirilib.
QHT.az xəbər verir ki, bu ildən etibarən beynəlxalq standartlara əsaslanan və yenilənmiş tədris planları əsasında təhsil alan magistrantlara tədris prosesindəki yeniliklər barədə məlumat verilib.
Qeyd edək ki, magistraturada dərslər Universitet-Sənaye İşbirliyinin nəticəsi olaraq, müvafiq ixtisaslarda həm nəzəri, həm də praktiki bilikləri olan akademik heyət tərəfindən tədris olunur.
Pərvanə Fərhadqızı












