Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla saat 13:19-da Xəzər dənizində- Dağıstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələnin maqnitudası 3.3, dərinliyi 66 km olub.

Bəs dənizdə və ya sahil ərazilərdə zəlzələ baş verərsə, təhlükəsizliyimizi necə təmin edə bilərik?

QHT.az dənizdə zəlzələ olan vaxt nələr etməli olduğumuzu araşdırıb. Mütəxəssislərin fikrincə, dənizdə zəlzələ ciddi təhlükə yaradan təbii fəlakətlərdəndir. Zəlzələ zamanı panikaya düşmək olmaz. Çaxnaşma düzgün qərarlar qəbul etmənizə mane ola bilər. Hərəkət edərkən təhlükəli ərazilərdən, xüsusən hündür binalardan, körpülərdən və ya sahil zolağından uzaq durun. Düşən obyektlərdən, binalardan və ya qayalardan çəkinmək lazımdır. Zəlzələ zamanı dənizdə olsanız, dərhal quruya və ya ən yaxın dayaz su sahəsinə doğru yönəlin. Yüksək dalğalardan və sualtı qayalardan uzaq durun. Mümkünsə, çimərlikdən daha yüksək nöqtəyə çəkilin.

Sunamilər zəlzələlərdən sonra baş verə biləcək yüksək və dağıdıcı dalğalardır. Zəlzələlərə hazır olmaq vacibdir. Əgər əvvəlcədən müəyyən edilmiş fövqəladə hallar planınız varsa, onu dərhal həyata keçirməyə başlayın.

 

Pərvanə Fərhadqızı