Amerika Birləşmiş Ştatlarında Alzheimer xəstəliyini yavaşlatmağa ümid verən bir dərman icad edilib.
QHT.az xəbər verir ki, “donanemab” adlı dərmanı istehsal edən Amerikanın “Eli Lilly and Company” dərman şirkətidir. Sınaq zamanı təxminən 1700 xəstə 18 ay ərzində dörd həftədən bir venadaxili olaraq donanemab və ya plasebo qəbul edib.
Tədqiqata görə, dərmanı qəbul edənlər kliniki pisləşmə sürətini 35 % yavaşladıblar. Yüngül koqnitiv pozğunluq kimi tanınan çox erkən xəstəliyi olan xəstələrin bir alt qrupu xəstəliyin gedişatında 60 % azalma görüb. Ən yaxşı nəticələr 75 yaşdan kiçik xəstələrdə olmuşdur.
Bəzi xəstələrin beyin skanları beyinlərində artıq amiloid olmadığını göstərdiyi hallarda dərman qəbul etməyi dayandırdılar və əvəzinə plasebo verdilər. Orta hesabla dərmanı 47 həftə qəbul etdilər.
Dərman dayandırıldıqdan sonra belə xəstələr dummy dərmanla başlayanlara nisbətən daha yaxşı irəliləyiş göstərməyə davam edib. Ehtimal olunur ki, bu kəşf Britaniya Milli Səhiyyə Xidməti tərəfindən belə müalicənin təsdiqi üçün ciddi nəticələr verə bilər. Mütəxəssislər, araşdırmanın nəticələrinin Alzheimer xəstəliyinin bir gün diabet və ya astma kimi müalicə edilə bilən bir vəziyyətə çevrilməsinə yol açdığını söyləyirlər. Elm göstərir ki, xəstəliyin ləngiməsi mümkündür.
Pərvanə Fərhadqızı












