Axtarış sistemi Google öz hesablarının istifadəçilərinə "Albom Arxivi" xidmətinin tezliklə bağlanacağını xatırladıb. Odur ki, istifadəçilər şirkət tərəfindən həmişəlik silinməzdən əvvəl arxivdən lazım olan məlumatların ehtiyat nüsxəsini çıxarmağa tələsməlidirlər.

QHT.az xəbər verir ki, albom arxivi 19 İyulda əlçatan olmayacaq. Məlumatlarınızı itirməmək üçün şirkət məlumat arxivləşdirmə aləti olan Google Takeout-dan istifadə etməyi tövsiyə edir. Xüsusi bir  keçid sizi arxiv məlumatlarınızı yükləmək üçün səhifəyə aparacaq. Siz onu Google Drive və ya Microsoft OneDrive Dropbox-a köçürə və ya faylları birbaşa telefonunuza və ya kompüterinizə yükləmək üçün e-poçt vasitəsilə link ala bilərsiniz.

 

Pərvanə Fərhadqızı