Misirin səhiyyə naziri Xalid Əbdül Qaffar ölkənin mərkəzi hissəsində yerləşən Qena əyalətinin El-Əlikat kəndinin sakinləri arasında naməlum xəstəlikdən narahat olmağa əsas olmadığını bildirib. Bu ərazidə naməlum xəstəlik halları qeydə alınıb ki, onların da əlamətləri arasında yüksək hərarət, sümük ağrısı və yorğunluq var.

QHT.az xəbər verir ki, Misirin Qena əyalətinin kəndlərindən birindən digər ərazilərə virus infeksiyasının keçməsi ilə bağlı heç bir qorxu yoxdur, kənddə suyun göstəriciləri normaldır.

4,2 min əhalisi olan kənddə 150-200 nəfər xəstələnib. Su nümunələri normaldır. Denge qızdırması daşıyan ağcaqanad yoxdur, yüksək hərarətin əlamətlərinin qızdırma, mədə-bağırsaq iltihabı və ağcaqanad yoluxucu xəstəliklər kimi bir çox səbəbin ola biləcəyinə və qızdırma salan və ağrıkəsicilərlə düzgün istirahətlə müalicə edilməlidir. Misir epidemioloji vəziyyətə nəzarət etmək üçün heç bir xarici yardıma ehtiyac duymur.

 

Pərvanə Fərhadqızı