Müasir dünyada baş ağrısından qaçmaq çətindir. Hər gün kompüterdə işləyirik, işdə görmə qabiliyyətimizi həddən artıq yükləyirik və telefonda vaxt keçirərək özümüzü “bitiririk” ki, bu da istər-istəməz xoşagəlməz hisslərə gətirib çıxarır.

QHT.az xəbər verir ki, çoxları baş ağrısı dərmanı qəbul etməyi sevmirlər. Ağla gələn ilk şey masajdır. Həkimlər məsləhət bilir ki, alın nahiyəsini yüngül dairəvi hərəkətlərlə masaj etməyə başlayın. Təmiz hava  baş ağrısı ilə mükəmməl mübarizə aparır. 15 dəqiqə gəzinti xeyir edəcək, bayıra çıxa bilmirsinizsə, pəncərəni açın və ya balkonda qalın. Baş ağrısının ümumi səbəbi maye çatışmazlığı və aşağı qan qlükoza səviyyəsi də ola bilər. Bəzən sıyıq, şorba və ya bulyon kimi isti bir şey yeməyə və qazsız su içmək də faydalı ola bilər. Yuxu rejiminə riayət edilməlidir.

Nənələrimiz bir stəkan isti çayı bir çimdik darçınla içməyi məsləhət görürdülər. Bu bəzən alergiya verə bilər. Belə hallarda çay, kofe və ya tərkibində kofein olan hər hansı içki içmək də məsləhət görülür.

 

Pərvanə Fərhadqızı