Bədəndə kifayət qədər dəmir olmaması, dəmir çatışmazlığı qırmızı qan hüceyrələrinin sayının azalmasına səbəb olur və "anemiya" meydana gəlir. 

QHT.az xəbər verir ki, yeni bir araşdırmaya görə, ABŞ-da hər 10 gənc qadından təxminən dördü dəmir çatışmazlığından əziyyət çəkir. Mütəxəssislər Türkiyədə vəziyyətin daha qorxulu olduğunu deyirlər. Bəs niyə son illərdə dəmir çatışmazlığı bu qədər artıb? Hansı xəstəliklər ilk siqnal ola bilər? Bu kimi bir çox suallara mütəxəssislərlə birlikdə cavab axtardıq.

Miçiqan Universitetinin Tibb fakültəsinin alimlərinin rəhbərlik etdiyi tədqiqatda ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin bir hissəsi olan Milli Sağlamlıq və Qidalanma Müayinə Sorğusu tərəfindən son 20 il ərzində toplanmış qan testi məlumatları təhlil edilib.

Tədqiqat nəticəsində 12-21 yaş arası amerikalı qadın və qızların yüzdə 40-da dəmir çatışmazlığı aşkar edilib. Tədqiq olunan yaş qrupunda hər 17 qadından birində dəmir çatışmazlığı anemiyası diaqnozu qoyulacaq qədər aşağı dəmir səviyyəsi aşkar edilib.

 

Pərvanə Fərhadqızı