“Təmas” Regional İnkişaf İctimai Birliyinin sədri Südabə Məmmədova və Birliyinin icraçı direktoru Kübra Ələkbərova QHT.az- a eksklüziv MÜSAHİBƏ verib. Onların təşkilatın fəaliyyəti, missiyası, məqsədi, nəaliyyətləri bağlı müsahibəsini diqqətinizə çatdırırıq.
- Kübra xanım bizə mövcud fəaliyyətləriniz haqqında danışa bilərsiniz?
- Əlbəttə. Deməli, 2013-cü ildən etibarən təşklatın nəzdində sığınacaq fəaliyyət göstərir. Hər ay 45- 50 qadın və uşaq sığınacağın fəaliyyətindən bəhrələnir. Qaynar xidməti vasitəsilə hər ay 60- dan çox çətin vəziyətə düşmüş vətəndaşlara hüquqi məsləhətlər verilir, sosial xidmətlərə istiqamətləndirilir. Ehtiyacları qiymətləndirilir uyğun xidmətlərə və aidiyyatı qurumlara istiqamətləndirilirlər. Təşkilat Gəncə şəhər İcra Hakimiyyəti yanında Genderəsaslı zorakılıq və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq qrupunun üzvüdür, yerli dövlət, hüquq- mühafizə orqanları və vətəndaş cəmiyyəti qurumları ilə sıx əməkdaşlıq edir. İctimai Birlik 12 aprel 2008-ci ildə təsis edilib. 3 sentyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi olaraq 06 fevral 2014-cü ilk tarixli 11/34-463 saylı akkreditasiya attestatı ilə təmin olunub. QHT-nin nəzdində 2013-cü ildən Beynəlxalq Miqrasiya Təşkilatının texniki dəstəyi ilə yaradılmış “İnsan alveri və məişət zorakılığı qurbanları üçün yardım mərkəzi” və sığınacaq fəaliyyət göstərir.
- Südabə xanım. Ümumilikdə təşkilatınızın missiyası, ümumi məqsədləri nələrdir?
- İctimai Birlik fəaliyyət göstərdiyi müddət ərzində Qərb bölgəsində insan hüquqları, insan alveri, nikah hüquqları, gender əsaslı zorakılıq haqqında ictimai maarifləndirmə, hüququ pozulmuş, zorakılığa məruz qalmış insanlara, həmçinin məcburi köçkün icmalarında yaşayan qadınlara hüquqi yardımların edilməsi və ictimai müvəkillik işinin təşkili və s. kimi fəaliyyətləri həyata keçirir. Gənclərlə ictimai mədəni sahələrdə də maarifləndirmə tədbirləri həyata keçirdirik. Təşkilat Azərbaycan Respublikası Prezidenti yanında Qeyri - Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, AR ƏƏSMN, AR DİN İAQMBİ, AR AQUK, yerli icra hakimiyyəti və hüquq mühafizə orqanları və yerli QHT-lərlə də sıx əməkdaşlıq edir. Təşkilatın nəzdində 2013-cü ilin may ayından etibarən zorakılıq qurbanları üçün reablitasiya və reintiqrasiya mərkəzi və sığınacaq fəaliyyət göstərir. Sığınacaq 2013- cü ildən 2016-cı ilə qədər könüllülük prinsipi ilə xidmətlər göstərərək 2016-cı ilin fevral ayından etibarən “İnsan alveri ilə mübarizə” layihəsi çərçivəsində fəaliyyətini davam etdirirdi. Təəssüflə qeyd edək ki, dekabr ayından etibarən həmin layihənin dayandırılması sığınacağın fəaliyyətinə öz mənfi təsirini göstərəcəkdir. Qərb bölgəsində gender əsaslı zorakılıq və insan alveri qurbanları üçün yeganə sığınacaq olduğundan müraciət edən insanlar çoxdur. QHT olaraq həm dövlət, həm QHT sığınacaqları ilə əməkdaşlıq çərçivəsində müraciət edən benifisiarları digər sığınacaqlara da istiqamətləndirirlər. Lakin regionda zorakılıq qurbanlarının həm ailələrinə bərpası, həm də hüquqi məsələlərinin həll olunması bizə pənah gətirən insanları geri qaytara bilmirik və onlara könüllü xidmət göstərilir. Təbii ki, sığınacağın saxlanması və qış ayları olduğu üçün kommunal xərclərin qarşılanması bizim üşün böyük maliyyə çətinlikləri yaradır. Buna baxmayaraq bizim çox güclü və peşəkar komandamız ruhdan düşçəyərək, həmişə olduğu kimi yenə fəaliyyətini davam etdirir. Hesab edirik ki, bu da müvəqqəti bir çətinlikdir və tezliklə öz həllini tapacaq.
- Kübra xanım əsas nailiyyətləriniz haqqında nə deyə bilərsiniz?
- “Təmas” Regional inkişaf ictimai birliyinin 2023- cü il üzrə gördüyü işlərə gəlincə qeyd edim ki, bu ilin yanvar-noyabr ayları ərzində mərkəz və sığınacağın fəaliyyətindən ümumi olaraq 1200 nəfərdən çox qadın və uşaq bəhrələnib. 376 nəfər qadın və uşaq sığınacaqda məskunlaşdırılıb. Bundan 18 nəfəri insan alverinin qurbanı, 6 nəfər insan alverinin ehtimal olunan qurbanı, 358 nəfəri isə insan alverinin potensial qurbanları olub. Onlardan 132 nəfəri qadın, 244 nəfəri isə uşaq olub (106 qız, 138 oğlan). Birbaşa və qaynar xətt vasitəsilə 893 nəfər (714 qadın, 179 kişi) müraciət daxil olub. 357 qadın hüquqi, 278 nəfər (146 qadın, 132 uşaq) isə psixoloji yardımla təmin olunub. Hesabat ərzində Sığınacağa daxil olan Gəncə qeydiyyatında olan 157 qadın və uşaq (71 qadın, 86 uşaq) tibbi müayinəyə istiqamətləndirilib. 74 qadın işlə təmin edilib, 5 qabyuyan, 17 qadın dayə, 15 qadın təmizləyici, 5 qadın dərzi, 4 qadın çörək sexində, 14 qadın satıcı, 2 aşbaz, 7 qadın isə istixanada, 2 qadın qadın bərbəri, 3 qadın taxi şirkətində operator işi ilə təmin olunub. 71 uşaq (38 oğlan, 33 qız) təhsilə bərpa olunub, 41 uşaq (23 oğlan, 18 qız) məktəbəqədər təhsil müəssisəsinə istiqamətləndirilib. 93 qadına ünvanlı sosial müavinətin alınmasında məsləhətlər verilib. 34 qadın sosial müavinət almağa başlayıblar.
Pərvanə Fərhadqızı
QHT.az












