Deputat Vüqar Bayramov Füzuli rayonu Əhmədallar kəndinin sakinləri ilə görüşüb.
QHT.az xəbər verir ki, görüş zamanı 35-dən çox seçicinin qayğıları dinlənilib və bəzi müraciətlərlə bağlı qərarlar qəbul edilib. Sakinlərin müraciətləri məşğulluq, su təminatı, əlillik dərəcəsinin alınması, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi.
Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırılır.












