İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə dövlət qulluqçularına təbrik və xoş arzular ünvanlayıb.
QHT.az həmin təbriki təqdim edir:
"Hörmətli dövlət qulluqçuları! Əziz həmkarlar, dostlar.
Sizi 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.
Dövlət qulluğu böyük məsuliyyət, yüksək peşəkarlıq və vətəndaşlara xidmət prinsiplərinə sadiqlik tələb edən şərəfli bir missiyadır. Dövlət idarəçiliyinin səmərəli təşkili, qanunvericiliyin icrası, ictimai maraqların qorunması və ölkəmizin davamlı inkişafı məhz sizin fədakar əməyiniz sayəsində təmin olunur.
Bu əlamətdar gündə dövlətçiliyimizin möhkəmlənməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində çalışan bütün dövlət qulluqçularına təşəkkür edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, yeni nailiyyətlər və məsuliyyətli fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Peşə bayramınız mübarək olsun! Dövlətə və xalqa xidmət yolunda fəaliyyətiniz daim uğurlu olsun!"












