"Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günü münasibəti ilə təbrik mesajı paylaşıb.
QHT.az həmin təbriki təqdim edir:
"Hörmətli Leyla Əliyeva!
Doğum gününüz münasibətilə Sizi şəhid anası adından ürəkdən təbrik edir, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və həyata keçirdiyiniz bütün xeyirxah işlərdə uğurlar arzulayıram.
Şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı, Vətən uğrunda canından keçmiş övladlarımızın xatirəsinə verdiyiniz dəyər bizim üçün çox qiymətlidir. Bu həssas münasibətinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk."












