"Hazırda dünya müsəlmanlarının 40 faizi yoxsulluq içərisində yaşayır. Hər 5 müsəlmandan 1-nin gündəlik gəliri 1 dollardan azdır. Qlobal təbii ehtiyatların 70 faizindən çoxuna sahib olan Müsəlman aləmində dünyadakı yoxsul əhalinin 45 faizi yaşayır. Müqəddəs Ramazan ayında olduğu kimi digər zamanlarda da müsəlmanlar ehtiyacı olan insanlara yardım etməklə yoxsulluq həddin azalda bilərlər".

QHT.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov bildirib.