Həyatımızı paltaryuyan maşınsız təsəvvür edə bilmərik. Paltaryuyanı nəzarətsiz qoymağın mümkün olub-olmadığını və niyə bəzi maşınlarda zamanla kif qoxusu yarandığını biləcəksiniz.

QHT.az xəbər verir ki, bu əvvəlcədən müəyyən edilmiş proqrama uyğun işləyən ağıllı bir texnikadır. İdeal olaraq, maşın seçdiyiniz rejimdə yuyulmağı bitirəcək, çamaşırları yaxalayacaq, suyu boşaldacaq və fırlanma rejimindən sonra sönəcək. Bəzən işlər səhv gedə bilər. Məsələn, maşının boruları tıxanıbsa, maşından gələn su kanalizasiyaya deyil, döşəməyə gedəcəksə, hortumu köhnəlib və ya çatlamışsa, yuyulma zamanı daşma baş verərsə və s. Bu vaxt evdəsinizsə dərhal hərəkətə keçməli, fəlakətin nəticələrini azalda bilərsiniz. Əgər işdəsinizsə şişmiş pol, qəzəbli qonşularla üzləşəcəksiniz. 

Heç vaxt maşının üzərinə ağır bir şey qoymayın. Həmçinin maşının üstünə mikrodalğalı soba və ya hər hansı digər elektrik cihazları qoymamaq məsləhətdir. Maşın işini bitirdikdə qapısı həmişə bir qədər açıq olmalıdır. Çünki suyun bir hissəsi hələ də barabanda qalır. Qapı bağlı olaraq 10 saatdan sonra maşında bakteriyalar görünməyə başlayacaq. Nəticədə tez kif və küf qoxusu əmələ gələcək.

 

Pərvanə Fərhadqızı