Kiyevdə naməlum şəxslər paytaxtın Dnepr rayonundakı Roman Şuxeviç prospekti boyunca 100-dən çox ağaca ziyan vurub.

QHT.az xəbər verir ki, Kiyev Şəhər Dövlət Administrasiyasının məlumatına görə, qazma ilə deşiklər açan hücumçular ağaclara naməlum maye töküblər. Onların bir çoxu artıq qurumağa başlayıb. 

Hadisə yerinə bütün müvafiq xidmətlər, o cümlədən Dövlət Ekologiya Müfəttişliyi və Milli Polis cəlb olunub.

 

 

 

 

 

Pərvanə Fərhadqızı