“Əlilliyi olan şəxsləri bir araya gətirmək və onların bir-biri ilə ünsiyyətini yaratmaq olduqca çətin bir prossesdir və mənə elə gəlir ki, biz bunu bacarmışıq”.
Bu sözləri Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin sədri Səbinə Kəromova QHT.az-a açıqlamasında bildirib. Əlilliyi olan şəxslərdən əlavə onların valdeyinlərini də təşkilata cəlb etdiyini qeyd edən QHT sədri birgə fəaliyyət göstərdiklərini vurğulayıb: “Bundan əlavə təşkilat üzvülərimizin bir qismi məşqulluq problemini həll ediblər. Onların bir çoxu müəllim, mühasib, fizoterapist və media sahəsində fəaliyyət göstərirlər. Bu gün əlilliyi olan şəxslərin bir çox sahələrdə fəaliyyət göstəməsi olduqca xoş bir haldır. Düşünürəm bu bizlərin nailiyyətidir ki, biz cəmiyyətə inteqrasiya edə bilmişik”.
Qeyd edək ki, Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin əsas nailiyyəti bir ailə yaratmaq olub. Bu ailənin hazırda 134 üzvü var və hər biri bir-biri ilə sıx bağlıdır.
Pərvanə Fərhadqızı












