"Təşkilatımız yarandığı ilk gündən bu günə qədər Birliyin məqsəd və vəzifələrinə uyğun olaraq ailədaxili münasibətlərə təsir edən amillərin öyrənilməsi və ailələrin dağılmasının qarşısının alınması, ailədaxili münaqişələrin aradan qaldırılması, ailələrin qorunub saxlanması, sosial inkişafı ilə bağlı polis bölmələri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Elm və Təhsil Nazirliyi, yerli İcra hakimiyyətləri və digər dövlət qurumları, Kütləvi İnformasiya Vasitələri və yerli QHT-lərlə əməkdaşlıq edərək bu istiqamətdə və eyni zamanda bu gün dünyada qlobal problemə çevrilmiş insan alverinə qarşı mübarizə istiqamətində də DİN-nin “İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT- koalissiyası”nın üzvü olaraq bir çox işlər görüb, layihələr həyata keçirib”.
Bu sözləri “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova QHT.az-a açıqlamasında bildirib. QHT sədri qeyd edib ki, bizim təşkilatımızın formalaşmasında bir çox təcrübəli QHT-lərlə yanaşı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin də böyük xidməti olub: “Biz cənab Prezidentimizin ailə dəyərlərinin, milli dəyərlərimizin qorunub saxlanılması istiqamətində gördüyü işlərə dəstək olaraq, ulularımızdandan gələn ənənələri, tərbiyə üsulunu özündə əks etdirən, müasir ədəb qaydaları ilə qovuşaraq yeni dünyagörüşlü, kamil, yüksək səviyyəsi ilə seçilən ailələrin formalaşması, ölkəmizdə insan alverinin qarşısının alınması, baxımsız qalan, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik tədbirlərinh görülməsi üçün əlimizdən gələni edirik. Bu işləri Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi maliyyə yardımı ilə həm Bakı şəhərində, həm də bölgələrimizdə maarifləndirmə kampaniyaları, dəyirmi masalar, konfranslar və monotorinqlər vasitəsilə, xüsusi qayğıya ehtiyacı olan (çətin həyat şəraitində yaşayan, sağlamlıq imkanları məhdud olan) uşaqların (ailələrin) sosial xidmətlərə çıxışının təmin edilməsi, onların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədilə Günərzi Mərkəzlərinin yaradılması vasitələri ilə həyata keçiririk. Təşkilat gələcəkdə də bu istiqamətdə öz işlərini həyata keçirməyi planlaşdırır".
Qeyd edək ki, “Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyi 2007-ci ildən fəaliyyət göstərir.
Pərvanə Fərhadqızı












